Şənbə, 4 İyul, 2026
Tarix: 04 Jul 2026 04:11
2026-cı il futbol üzrə dünya çempionatında vurulan avtoqolların sayına görə yeni rekord müəyyənləşib.
APA xəbər verir ki, Avstraliya və Misir milliləri arasında keçirilən 1/16 final oyununda misirli futbolçu Mohamed Hani avtoqol müəllifi olub. Bu, onun turnirdə ikinci avtoqolu olub. O, daha əvvəl Belçika ilə qrup mərhələsi oyununda da topu öz qapısından keçirmişdi.
Beləliklə, DÇ-2026-da avtoqolların ümumi sayı 13-ə çatıb. Bununla da 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında qeydə alınmış 12 avtoqolluq rekord yenilənib.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026 futbol rekord
Mənbə: apa.az