BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər

BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər

Tarix: 04 Jul 2026 04:54

Futbol üzrə dünya çempionatının İngiltərə və Meksika yığmaları arasında keçiriləcək 1/8 final oyununun başlanma vaxtı əlverişsiz hava şəraiti səbəbindən dəyişdirilə bilər.

Bu barədə BBC məlumat yayıb.

Qarşılaşma Meksiko şəhərindəki "Asteka" stadionunda keçirilməlidir. Oyunun iyulun 6-na keçən gecə Bakı vaxtı ilə saat 04:00-da başlaması planlaşdırılır.

Məlumata görə, güclü ildırım və qasırğa təhlükəsi səbəbindən matçın başlanğıcı iyulun 5-i saat 22:00-a keçirilə bilər. Bununla belə, FIFA hələ yekun qərar qəbul etməyib.

DÇ-2026 İngiltərə Meksika

Mənbə: apa.az

Xəbər Lenti