, 21 Dekabr, 2025
Tarix: 04 May 2024 19:48
Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənini üzvləridir.