"Bitcoin"in qiyməti 63 min dolları ötüb

"Bitcoin"in qiyməti 63 min dolları ötüb

Tarix: 06 Jul 2026 07:57

Kriptovalyuta bazarında son sutkada müsbət dinamika müşahidə olunub. “APA-Economics” xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 0,83% artaraq 2,19 trilyon dollara yüksəlib. CoinMarketCap 20 İndeksi (CMC20) isə 0,82% artaraq 129,68 bənd təşkil edib. Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,69% bahalaşaraq 63 141,96 dollara yüksəlib. Ethereum 0,84% artımla 1 775,39 dollar, BNB isə 2,42% bahalaşaraq 583,82 dollar olub. İlk onluqda yer alan digər kriptovalyutalardan Bitcoin Cash 1,50%, Bittensor 1,04% və Zcash 0,65% dəyər qazanıb. Monero isə 1,13% ucuzlaşıb. Qeyd edək ki, bazar iştirakçıları risk iştahının artması fonunda əsas kriptovalyutalara tələbin yüksəldiyini, bunun da bazarın ümumi kapitallaşmasına müsbət təsir göstərdiyini qeyd edirlər.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti