Mürsəl İbrahimov Goranboyda vətəndaşları qəbul edəcək

Mürsəl İbrahimov Goranboyda vətəndaşları qəbul edəcək

Tarix: 06 Jul 2026 10:11

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Goranboy rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 29-u saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Goranboy rayon şöbəsinin inzibati binasında Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 22 iyul 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Selcan Zaurqızı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mürsəl İbrahimov vətəndaş qəbulu

Mənbə: apa.az

Xəbər Lenti