Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 15:07
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.
Qeyd edilib ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Selcan Zaurqızı “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi Azərbaycan Misir Türkiyə hərbi pilotlar
Mənbə: apa.az