Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 17:28
Artıq sərnişinlər ABB mobile tətbiqi vasitəsilə BakıKart xidmətindən istifadə edərək metro və avtobus gedişləri üçün QR bilet yarada bilərlər.
BakıKart-dan "APA-Economics"ə verilən məlumata görə, yeni xidmət sayəsində istifadəçilər tətbiq üzərindən QR bilet əldə edə, həmçinin ictimai nəqliyyatda ödənişlərini rahat və sürətli şəkildə həyata keçirə bilərlər.
Xidmətin istifadəyə verilməsi münasibətilə xüsusi kampaniya da təqdim olunub. Belə ki, 31 iyul 2026-cı il tarixinədək ABB mobile tətbiqi vasitəsilə yaradılan ilk 10 QR gedişi ödənişsizdir.
İlahə Səlimova ABB mobil tətbiq QR ödənişləri ictimai nəqliyyatMənbə: apa.az