Portuqaliya millisinin baş məşqçisi istefa verib

Portuqaliya millisinin baş məşqçisi istefa verib

Tarix: 07 Jul 2026 02:46

Roberto Martines Portuqaliya millisinin baş məşqçi postundan istefa verib.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis qərarını DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

Martines istefa qərarını Portuqaliya Futbol Federasiyasına bildirib və bunun milli komanda üçün doğru addım olduğunu söyləyib.

Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda UEFA Millətlər Liqasının qalibi olub, DÇ-2026-da isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti