“Fənərbaxça” növbəti dəfə xal itirib

Tarix: 06.05.2024 23:11

Futbol üzrə Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.

APA xəbər verir ki, çempionluğa namizəd “Fənərbağça” komandası səfərdə “Konyaspor”un qonağı olub.

Qarşılaşma zamanı komandaların qapıları toxunulmaz qalıb – 0:0.

İstanbul nəhəngi 90 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Onun rəqibi “Qalatasaray” komandası 96 xalla birincidir.

Xəbər Lenti