Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 04 Dec 2023 15:17
Bakıda kafedə yanğın olub.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunda ümumi sahəsi 220 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az