ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb

ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb

Tarix: 08 Jul 2026 19:40

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics'ə verilən məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Bildirilib ki, təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.

https://t.me/apa_az/122367

Emil İsmayılov ADY Qax–Balakən ADY qeyri-sabit hava Qax–Balakən sahəsi

Mənbə: apa.az

Xəbər Lenti