- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 07.05.2024 19:11
“Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisində karyerasını sonlandırıb.
Apasport.az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə instaqram hesabında paylaşım edib. O, 14 ildən sonra yığma ilə vidalaşdığını açıqlayıb.
Xatırladaq ki, Şehiç 2015-2018-ci illərdə Ağdam klubunda çıxış edib. O, "köhlən atlar"la 5 dəfə ölkə çempionu olub.
Hazırda “Əl-Halic" klubunun formasını geyinir.