Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək

Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək

Tarix: 07 May 2024 18:38

Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Həcc vizası olmadan ziyarətə gedənlər iyunun 2-dən etibarən 10 min riyal (2675 dollar) cərimələnəcək.

Bildirilib ki, bu hal təkrarlanacağı təqdirdə, cərimə ikiqat olacaq. Eyni zamanda, qeyd edilib ki, Həcc ziyarətinə icazəsi olmayan şəxslər deportasiya ediləcək.

Mənbə: apa.az

Xəbər Lenti