Azərbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Tarix: 08 May 2024 00:25

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri səhnəyə çıxıb.

APA xəbər verir ki, Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov “Özünlə apar” mahnısını ifa ediblər.

Onlar səhnədə 12-ci nömrə ilə çıxış ediblər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.

Xəbər Lenti