Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib

Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib

Tarix: 09 Jul 2026 21:57

“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Moldovadan olan hakimlər idarə ediblər.

Görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeud edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası I təsnifat mərhələsi

20:00. "Qarabağ" – "Vestri" 3:0 Baş hakim: Roman Jitari (Moldova). Tofiq Bəhramov adına Respublika stadionu.

Mənbə: apa.az

Xəbər Lenti