Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO

Tarix: 10 Jul 2026 16:13

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. APA xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

***

11:59

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək.

APA xəbər verir ki, 14 vaqon propan və 5 vaqon gübrə bu gün Biləcəri stansiyasından yola salınacaq.

İlkin Naib propan gübrə
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO

Mənbə: apa.az

Xəbər Lenti