Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib

Tarix: 10 Jul 2026 16:03

İyulun 10-da Baş prokuror Kamran Əliyev Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayonundan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Kamran Əliyev Baş prokuror Balakən rayonu vətəndaş qəbulu
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib

Mənbə: apa.az

Xəbər Lenti