İtaliyalı hakim Daniele Orsato Çempionlar Liqasının yarımfinal matçından sonra ağlayıb

Tarix: 08.05.2024 18:15

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransada PSJ və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçirilmiş cavab matçının baş hakimi Daniele Orsato final fitindən sonra ağlayıb.

Apasport.az xəbər verir ki, italiyalı referi qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə oyun idarə etdiyi üçün gözyaşlarını saxlaya bilməyib.

Tanınmış hakim bu ilin yayında Almaniyada təşkil olunacaq Avropa çempionatından sonra karyerasını bitirməyi planlaşdırır.

Qeyd edək ki, “Borrusiya Dortmund” iki oyunun nəticəsinə əsasən, Fransa klubunu 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Xəbər Lenti