Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 08 May 2024 19:00
Biləsuvarda yol qəzası olub xəsarət alanlar var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar rayon ərazisində qeydə alınıb. Motosikletlə "Prado" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.