"Trabzonspor" Türkiyə kubokunun finalına yüksəlib

Tarix: 09 May 2024 00:17

Futbol üzrə Türkiyə Kubokunun ikinci yarımfinal oyunun cavab qarşılaşması baş tutub.

"Trabzonspor" komandası səfərdə "Karagümrük"ün qonağı olub.

Qarşılaşma trabzonlıların inamlı qələbəsi ilə yekunlaşıb - 0:4. Komandalar arasında ilk oyun da Trabzon nəhənginin 3:2 hesabı ilə üstünlüyü ilə bitmişdi.

Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Trabzonspor" İstanbulun "Beşiktaş" komandası ilə qarşılaşacaq

Xəbər Lenti