Qubada çörək sexində yanğın baş verib - FOTO

Tarix: 08 May 2024 23:16

Quba rayonunun Timiryazev kəndində yanğın baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə çörək sexində qeydə alınıb.

Sexin transformatorunda baş verən nasazlıq yanğına səbəb olub.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər Lenti