Şənbə, 11 İyul, 2026
Tarix: 11 Jul 2026 09:57
Son 24 saat ərzində kriptovalyuta bazarında əsasən müsbət dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 0,04% bahalaşaraq 64 118,92 ABŞ dollarına yüksəlib.
Əsas altkoinlərdən Ethereum (ETH) 1,13% artaraq 1 797,05 ABŞ dollarına, BNB isə 0,43% ucuzlaşaraq 575,04 ABŞ dollarına enib.
Digər əsas kriptovalyutalardan XRP 0,24%, Solana (SOL) 1,69%, TRON (TRX) isə 0,69% dəyər itirib. Eyni zamanda, Dogecoin (DOGE) 0,35% bahalaşıb, Hyperliquid (HYPE) isə 2,32% ucuzlaşıb.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,2 trilyon ABŞ dollarına yüksələrək son 24 saatda 0,28% artıb.
İlahə Səlimova kriptovalyuta bitcoinMənbə: apa.az