Linda Noskova “Uimbldon” turnirinin qalibi olub

Linda Noskova “Uimbldon” turnirinin qalibi olub

Tarix: 11 Jul 2026 22:13

Çexiyalı tennisçi Linda Noskova Londonda keçirilən “Uimbldon” turnirinin qalibi olub.

APA xəbər verir ki, o, finalda həmyerlisi Karolina Muxovanı məğlub edib. Qarşılaşma dünya reytinqinin 9-cu sırasında yer alan Noskovanın 2:1 (6-2, 5-7, 6-3) hesablı qələbəsi ilə başa çatıb.

İyirmi bir yaşlı tennisçi əvvəllər heç vaxt bu səviyyəli turnirdə 1/4 finalı keçə bilməyib.

Mənbə: apa.az

Xəbər Lenti