Bazar, 12 İyul, 2026
Tarix: 12 Jul 2026 08:47
Futbol üzrə dünya çempionatında yarımfinal cütləri müəyyənləşib.
APA xəbər verir ki, ilk yarımfinal oyununda iyulun 14-də Fransa və İspaniya yığmaları üz-üzə gələcək.
İkinci yarımfinal qarşılaşması isə iyulun 15-də İngiltərə və Argentina komandaları arasında keçiriləcək.
Üçüncü yer uğrunda oyun iyulun 18-də baş tutacaq. Dünya çempionatının final matçı isə iyulun 19-da keçiriləcək.
Daha əvvəl İngiltərə Norveçi 2:1 hesabı ilə məğlub edib. Argentina isə əlavə vaxtda İsveçrəyə 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Dünya çempionatı yarımfinal futbol
Mənbə: apa.az