Hacıqabulda avtomobil azyaşlını vurub

Tarix: 09 May 2024 19:28

Hacıqabulda avtomobil azyaşlını vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobil Hacıqabul şəhər sakini, 2016-cı il təvəllüdlü Məmmədzadə İbrahim Raqif oğlunu vurub. Azyaşlı kəllə-beyin travması diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti