Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 08:04
Kriptovalyuta bazarında son sutkada satışlar davam edib.
“APA-Economics” xəbər verir ki, son 24 saat ərzində bazar kapitallaşması 1,32% azalaraq 2,17 trilyon ABŞ dollarına enib.
Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti son sutkada 2,00% azalaraq 62836,98 ABŞ dollarına düşüb.
Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan “Ethereum”un qiyməti 1,65% azalaraq 1 779,67 ABŞ dolları, BNB-nin qiyməti isə 1,27% enərək 567,73 ABŞ dolları olub.
Qızılla təmin olunan rəqəmsal aktivlərdən “PAX Gold” (PAXG) 1,16% ucuzlaşaraq 4 052,43 ABŞ dollarına, “Tether Gold” (XAUt) isə 1,12% azalaraq 4 051,52 ABŞ dollarına geriləyib.
Digər iri kriptovalyutalardan “Bitcoin Cash” (BCH) 4,20%, Bittensor (TAO) 1,57% və “CoinMarketCap 20 Index” (CMC20) 2,11% ucuzlaşıb. Bununla yanaşı, “Zcash” (ZEC) 1,57% bahalaşıb.
Bazardakı enişə əsas səbəb investorların riskli aktivlərdən çıxış etməsi, mənfəət realizasiyası və qlobal maliyyə bazarlarında ehtiyatlı əhval-ruhiyyənin güclənməsidir. “Fear & Greed” indeksinin 29 bəndə düşməsi də bazarda "qorxu" əhvalının üstünlük təşkil etdiyini göstərir.
Rahim Tarıverdiyev BitcoinMənbə: apa.az