Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 04 Dec 2023 18:44
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə dekabrın 4-də Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, səfər zamanı nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Mənbə: qafqazinfo.az