“SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə olunur

“SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə olunur

Tarix: 13 Jul 2026 10:35

Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində ”Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi elan olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.

Bildirilib ki, beynəlxalq səviyyəli müsabiqə 4 kateqoriya üzrə keçirilir: "Bu kateqoriyalara sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər - sosial xidmətlərin göstərilməsində və sosial rifahın idarə olunmasında süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan həllər üzrə layihələr, sosial könüllülük və vətəndaş təşəbbüsləri - könüllülük fəaliyyəti, icma əsaslı layihələr və həssas qruplara dəstək təşəbbüsləri, sosial sahənin inkişafına elmi töhfə – sosial siyasət, sosial xidmətlər və sosial idarəetmə sahəsində elmi tədqiqatlar və analitik yanaşmalar, regional sosial təşəbbüs – regionlarda sosial problemlərin həllinə yönəlmiş yerli və davamlı layihələr daxildir".

Qeyd edilib ki, müsabiqə çərçivəsində ilin gənc sosial innovatoru, sosial transformasiya lideri / təşəbbüskarı, sosial sahənin inkişafına davamlı töhfəyə görə fərdi nominasiyalar üzrə yerli müsabiqə də elan olunur.

"Müsabiqədə iştirak üçün müraciətlər 2026-cı ilin 15 iyul – 1 sentyabr tarixləri arasında https://socgov.az saytı vasitəsi ilə qəbul olunacaq. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi SOCGOV 2026 forumu çərçivəsində keçiriləcək",-məlumatda qeyd edilib.

ƏƏSMN SOCGOV 2026 beynəlxalq forum Aİ4DOST Sosial Mükafatı 2026

Mənbə: apa.az

Xəbər Lenti