“Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu BƏƏ klubuna keçib

“Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu BƏƏ klubuna keçib

Tarix: 13 Jul 2026 11:21

“Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Apasport.az xəbər verir ki, 25 yaşlı qolkiper “Əl Cəzirə” ilə müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Destanoğlu ötən mövsüm “Beşiktaş”ın heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 34 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, futbolçu peşəkar karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

Mənbə: apa.az

Xəbər Lenti