Uruqvaylı jurnalist: Azərbaycan Prezidentinin media ilə səmimi dialoqu mühüm əhəmiyyət daşıyır

Uruqvaylı jurnalist: Azərbaycan Prezidentinin media ilə səmimi dialoqu mühüm əhəmiyyət daşıyır

Tarix: 13 Jul 2026 13:27

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı çox maraqlı oldu. Azərbaycan Prezidenti tam sərbəst şəkildə onlarla sualı cavablandırdı.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Uruqvaydan olan jurnalist Maria Eugenia Rodriguez deyib.

O bildirib ki, Prezident İlham Əliyevin media nümayəndələri ilə açıq və səmimi dialoq aparması ölkə üçün mühüm əhəmiyyət daşıyır.

"Burada olmaq mənim üçün çox vacibdir. Burada Çin, Qazaxıstan, Konqo, Keniya və dünyanın müxtəlif ölkələrindən olan həmkarlarla tanış oldum. Hamımızın bir araya gəlməsi, fərqli fikirləri bölüşməsi, eyni zamanda azərbaycanlı həmkarlarla tanış olmaq və ölkəni yaxından tanımaq çox vacibdir", – Maria Eugenia Rodriguez qeyd edib.

Gülcahan İmanqızı

Mənbə: apa.az

Xəbər Lenti