"LinkedIn": 2019-cu ildən fərdi məlumatların qorunması üzrə birinci yerdəyik

"LinkedIn": 2019-cu ildən fərdi məlumatların qorunması üzrə birinci yerdəyik

Tarix: 13 Jul 2026 16:58

"Fərdi məlumatların qorunması üzrə 2019-cu ildən bəri "LinkedIn" platforması birinci yerdədir". APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “LinkedIn” şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, platforma istifadəçilərin kimliyini təsdiqləyir və onların fərdi məlumatlarının qorunması istiqamətində kollektiv şəkildə fəaliyyət göstərir. "Rəqəmsal savadlılıq olduqca vacibdir. Buna görə də rəqəmsal təhsil xüsusi əhəmiyyət kəsb edir. Fərdi və peşəkar inkişaf üçün çox sayda insan “LinkedIn” platformasından istifadə edir", - o vurğulayıb.

Gülcahan İmanqızı

Mənbə: apa.az

Xəbər Lenti