“Bitcoin”in qiyməti 62 min dollar səviyyəsinə enib

“Bitcoin”in qiyməti 62 min dollar səviyyəsinə enib

Tarix: 14 Jul 2026 07:52

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında bazarın ümumi kapitallaşması 0,53% azalaraq 2,15 trilyon ABŞ dollarına düşüb. CMC20 indeksi isə 0,51% geriləyərək 127,57 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,59% ucuzlaşaraq 62 416,62 ABŞ dollarına enib. Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan Ethereum isə əksinə, 0,10% bahalaşaraq 1 779,60 ABŞ dollarına yüksəlib.

BNB 0,18% artaraq 568,67 ABŞ dollarına çatıb. Bitcoin Cash 1,01%, Monero 1,63%, Zcash isə 3,54% ucuzlaşıb. Qızılla təmin olunan tokenlər – Tether Gold (XAUt) və PAX Gold (PAXG) da müvafiq olaraq 1,04% və 1,06% dəyər itirib.

Bazar iştirakçılarının əhvalını əks etdirən Fear & Greed indeksi 28 bənd səviyyəsində qərarlaşıb ki, bu da bazarda "qorxu" əhval-ruhiyyəsinin üstünlük təşkil etdiyini göstərir.

Kriptovalyuta bazarındakı eniş investorların riskli aktivlərə marağının azalması, mənfəət realizasiyası və qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik fonunda riskdən yayınma meyllərinin güclənməsi ilə əlaqələndirilir. Fear & Greed indeksinin "qorxu" zonasında qalması da bazarda satış təzyiqini artıran əsas amillərdən biri hesab olunur.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti