Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 10:02
“Məhz Şuşa Qlobal Media Forumu kimi platformalarda dezinformasiyaya qarşı əməkdaşlığı gücləndirməli və birgə həll yolları tapmalıyıq. Dezinformasiyaya qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil”. APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov IV Şuşa Qlobal Media Forumunda deyib. Kanat İskakov bildirib ki, saxta xəbərlər hər zaman mövcud olub, lakin müasir texnologiyalar onların daha sürətlə yayılmasına şərait yaradır və bu səbəbdən dezinformasiyaya qarşı birgə mübarizə vacibdir. “Rəqəmsal platformalar kontentin yayılmasında mühüm rol oynayır. Buna görə də həmin platformalar yayımlanan məzmuna görə məsuliyyət daşımalı, dezinformasiyanın və manipulyativ informasiyanın yayılmasının qarşısını almaq üçün daha fəal addımlar atmalıdır. Eyni zamanda istifadəçilərə etibarlı və yoxlanılmış məlumat təqdim olunmalıdır”, – o vurğulayıb.
Gülcahan İmanqızı Şuşa Qlobal Media Forumu Kanat İskakov dezinformasiyaMənbə: apa.az