Çərşənbə axşamı, 14 İyul, 2026
Tarix: 14 Jul 2026 15:55
Kəlbəcərdə 1989-cu il iyulun 14-də baş vermiş faciənin növbəti ildönümü münasibətilə anım mərasimi keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, mərasimdə helikopter qəzasında həlak olanların ailə üzvləri, yaxınları və Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri iştirak ediblər.
Həlak olanların məzarları ziyarət edilib, xatirələri yad olunub.
Qeyd edək ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb. Nəticədə helikopterin rotor pərlərinin stadionun yaxınlığında olan uşaqlara dəyməsi nəticəsində 8 azyaşlı həyatını itirib. Bu hadisə Kəlbəcər rayonunun tarixində ən ağır faciələrdən biri kimi xatırlanır.
Elgün Gəncimsoy Kəlbəcər 1989-cu il 14 iyul faciəsi






Mənbə: apa.az