BŞİH başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib

BŞİH başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib

Tarix: 14 Jul 2026 17:04

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar verib.

APA xəbər verir ki, qərara əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri”, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri”, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində İşıqlandırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri” və “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri” təsdiqlənib.

Müəyyən edilib ki, bu qərarda nəzərdə tutulan müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.

Bakı Şəhər İcra Hakimiyyəti üç ay müddətində: - tabeliyində olan mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əsasında məhdud məsuliyyətli cəmiyyəti statusunda müvafiq olaraq Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Lift Təsərrüfatı Müəssisəsinin, İşıqlandırma Təsərrüfatı Müəssisəsinin və Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; - Müəssisələrin nizamnaməsinin hazırlanmasını təmin etməi və müvafiq qaydada təsdiq edilməsi üçün zəruri tədbirlər göməli; - Müəssisələrin strukturunu və ştat vahidlərini bu Qərar nəzərə alınmaqla təsdiq edib Nazirlər Kabinetinə məlumat verməli; - Müəssisələrin işçilərinin aylıq vəzifə maaşlarının məbləğini dövlət büdcəsindən maliyyələşdirilən sahələr üçün müəyyən edilmiş Vahid Tarif Cədvəlinə uyğun müəyyən etməli; - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsin informasiya ehtiyatlarının və sistemlərinin imkanlarından istifadə etməklə, Bakı şəhərinin ərazisində müntəzəm sanitar təmizlik aparılan sahələrin və xidmət göstərilən yaşıllaşdırma sahələrinin həcmini müəyyən edərək müvafiq məlumatların Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etməlidir.

Firuzə Vahid Bakı Şəhər İcra Hakimiyyəti müəssisələr

Mənbə: apa.az

Xəbər Lenti