Bakıda iki yol təmirə bağlanır

Bakıda iki yol təmirə bağlanır

Tarix: 14 Jul 2026 19:49

Bakı şəhərində daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

APA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Səbail rayonu – Bünyad Sərdarov küçəsi, Nəsimi rayonu – Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd edilib.

Bakıda iki yol təmirə bağlanır
Bakıda iki yol təmirə bağlanır

Mənbə: apa.az

Xəbər Lenti