Çərşənbə, 15 İyul, 2026
Tarix: 14 Jul 2026 23:26
Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Uelsin TNS klubu ilə qarşılaşıb.
Matçda hesabı təmsilçimiz açıb. 28-ci dəqiqədə Coy Lens Mikels fərqlənib: 1:0.
İlk hissənin sonlarında "Sabah" fərqi 2 topa çatdırıb. 42-ci dəqiqədə Rəhman Daşdəmirov hesabı 2:0 edib.
89-cu dəqiqədə TNS hesab arasındakı fərqi azaldıb. Lokun qoluyla Uels təmsilçisi hesabı 2:1 edib.
Matç bu hesabla başa çatıb və təmsilçimiz adını Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yazdırıb.
"Sabah" II turda Finlandiyanın KuPS klubuyla qarşılaşacaq.
21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan) 1:2
Qol: Mikels, 28, R. Daşdəmirov, 42, Lok, 89
Osvestry, Park Hall Stadionu Baş hakim: Mateo Buskets Ferrer (İspaniya) İlk oyun: 0:2
TNS: Şeppard, Uilyams, Simeu, Bodenhem, Redmond, Smit, Korness, Farrell, Brobbel, Uilyams, Hyuz
Sabah: Pokatilov, Puxaç, Daşdəmirov, Santos Junior, Zedadka, Lepinjitsa, Raxmonəliyev, Simiç, Maluda, İsayev, Mikels
Mənbə: apa.az