DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub

DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub

Tarix: 15 Jul 2026 01:00

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, turun ilk qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.

İlk hissədə başqa qol vurulmayıb.

İkinci hissədə Fransa qapısında daha bir qol görüb. 58-ci dəqiqədə Pedro Porro hesabı 2:0 edib.

Oyun bu hesabla başa çatıb və İspaniya adını finala yazdırıb.

İspaniya finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq.

Fransa isə cütün məğlubu ilə 3-cü yer uğrunda görüşə çıxacaq.

DÇ-2026 Yarımfinal 14 iyul 23:00. İspaniya – Fransa 2:0

Qol: Oyarzabal, 22 (pen), P. Porro, 58

Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Tçuameni, Rabyo, Dembele, Olize, Barkola, Mbappe

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Fabian Ruis, Baena, Dani Olmo, Lamin Yamal, Oyarzabal

Mənbə: apa.az

Xəbər Lenti