Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 03:37
İspaniya milli futbol komandası İtaliyanın ən uzun məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. APA xəbər verir ki, İspaniya yığması buna futbol üzrə dünya çempionatının yarımfinalında Fransanı məğlub etməklə nail olub.
Beləliklə, komandanın məğlubiyyətsizlik seriyası 37 oyuna çatıb. İspaniya bu seriyanı 2024-cü ilin mart ayından davam etdirir.
İtaliya millisi də 2018–2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında ardıcıl 37 oyunda məğlub olmamışdı.
İspaniya dünya çempionatı rekord
Mənbə: apa.az