Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Tarix: 11 May 2024 18:23

Sumqayıtda zəncirvari qəza baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

“Chevrolet Cruze” markalı avtomobil əvvəlcə hərəkətdə olan “Opel Meriva” markalı, saha sonra isə yol kənarında dayanan “VAZ 2107” markalı avtomobillərə çırpılıb. Hadisə zamanı “Opel”də olan sərnişin 1999-cu il təvəllüdlü Rahil Kazımov xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Xəbər Lenti