Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 08:40
Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki,l kriptovalyuta bazarının ümumi kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib.
Bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 0,33% bahalaşaraq 64 697,92 ABŞ dollarına yüksəlib.
İkinci ən böyük kriptovalyuta Ethereum (ETH) 0,45% bahalaşaraq 1 707,56 ABŞ dollarına çatıb. BNB isə 0,09% ucuzlaşaraq 579,78 ABŞ dollarından ticarət olunub.
ABŞ dollarına indekslənən Tether (USDT) 1 ABŞ dolları səviyyəsində sabit qalıb.
Qızılın qiymətinə indekslənən PAX Gold (PAXG) 0,01% bahalaşaraq 4 026,68 ABŞ dollarına yüksəlib.
Digər iri kriptovalyutalardan Bitcoin Cash (BCH) 0,30%, BitTensor (TAO) 0,33% bahalaşıb, Monero (XMR) isə 0,01% ucuzlaşıb.
Ümumilik kriptovalyutaların qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. Analitiklər bunu investorların FED-in faiz qərarları ilə bağlı gözləntiləri fonunda ehtiyatlı davranması ilə izah edirlər.
Mənbə: apa.az