Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 11:36
Rəqəmsallaşma ilə bağlı əsas məsələlərdən biri maliyyə-bank sektorunun dövlət qurumları tərəfindən təqdim edilən məlumatlara pulsuz çıxışının təmin edilməsidir.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.
O bildirib ki, təkcə 2025-ci ildə Azərbaycan bankları dövlət qurumları tərəfindən təqdim edilən məlumatların əldə olunmasına 23,8 milyon manat vəsait xərcləyib. Sektor üzrə aparılan sorğular da göstərir ki, bu, rəqəmsallaşmanın qarşısında müəyyən çətinliklər yaradır.
V.Xəlilov əlavə edib ki, region ölkələrində dövlət məlumatlarının müəyyən müddət ərzində maliyyə sektoruna ödənişsiz təqdim edilməsi təcrübəsi mövcuddur. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr aparılır və Azərbaycanda da belə bir addımın atılması maliyyə sektorunda rəqəmsallaşmanın daha da sürətlənməsinə töhfə verə bilər.
Rahim Tarıverdiyev AMB Vüsal Xəlilov maliyyə sektoruMənbə: apa.az