Mikayıl Cabbarov: Baş Qərvənd layihəsi Azərbaycan-Slovakiya tərəfdaşlığının uğurlu nümunəsidir

Mikayıl Cabbarov: Baş Qərvənd layihəsi Azərbaycan-Slovakiya tərəfdaşlığının uğurlu nümunəsidir

Tarix: 15 Jul 2026 12:29

Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə böyük maraq göstərməsi xüsusilə sevindiricidir.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı bildirib.

"Ağdam rayonunun Baş Qərvənd kəndinin ən müasir standartlara uyğun şəkildə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulması Azərbaycan-Slovakiya tərəfdaşlığının gözəl nümunəsidir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, Slovakiya memarları və tikinti şirkətlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr bununla yekunlaşmayacaq. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq potensialı daha geniş və daha böyükdür", - deyə o qeyd edib.

Emil İsmayılov Azərbaycan Slovakiya Mikayıl Cabbarov Ağdam Ağıllı şəhər Ağıllı kənd

Mənbə: apa.az

Xəbər Lenti