DSMF sədri: Sosial ödənişlər üçün illik 11 milyard manata yaxın vəsait ödənilir

DSMF sədri: Sosial ödənişlər üçün illik 11 milyard manata yaxın vəsait ödənilir

Tarix: 15 Jul 2026 13:05

"2018-ci ilə nisbətən Fond tərəfindən daha optimal əməkdaş sayı ilə, daha az, lakin mərkəzləşdirilmiş struktur bölmələrlə daha böyük həcmli və əlçatan, operativ, şəffaf və uğurlu vətəndaşyönlü xidmət göstərilir".

Bunu APA-ya müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev deyib.

O bildirib ki, 2018-ci ildə dövlət sosial ödənişlərinin illik həcmi 4 mlrd. manat civarında idisə, bu gün Fond dövlət adından bu istiqamətdə illik 11 milyard manata yaxın vəsaitin ödənilməsini təmin edir.

"Bununla belə, DSMF-nin fəaliyyətinin hədəfləri beynəlxalq qiymətləndirmələrə yönəlməyib, yəni əldə etdiyimiz nailiyyətlərin dəyəri təkcə beynəlxalq mükafat və təltiflərlə ölçülmür. Bizim üçün ən böyük mükafat xalqdan qazandığımız etimaddır. Vətəndaşlar dövlət başçımızın tapşırıqları əsasında həyata keçirdiyimiz islahatların nəticəsini sosial rifahlarının yaxşılaşmasında hiss edirlərsə, ən böyük uğurumuz budur. Bu uğurun qlobal müstəvidə ən yaxşı beynəlxalq təcrübələrdən biri kimi tanınması isə bizə həm əlavə motivasiya verir, həm də üzərimizə böyük məsuliyyət qoyur", - sədr qeyd edib.

Günay Elşən Dövlət Sosial Müdafiə Fondu DSMF pensiya müavinət BMT mükafat müsahibə Zəka Mirzəyev

Mənbə: apa.az

Xəbər Lenti