Altı ayda 1 milyon 39 min şəxsə 1,1 mlrd. manat müavinət və təqaüd ödənilib

Altı ayda 1 milyon 39 min şəxsə 1,1 mlrd. manat müavinət və təqaüd ödənilib

Tarix: 15 Jul 2026 15:07

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin birinci yarımilində dövlət büdcəsi hesabına 1 milyon 39 min şəxsə 1 milyard 126 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 505 min nəfərə müavinət olaraq 634 milyon manat, 405 min nəfərə Prezident təqaüdü olaraq 407 milyon manat, 129 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 85 milyon manat ödəniş həyata keçirilib.

"Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə 17 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 6 faiz çox olub. Bu ilin 6 ayında daha 75 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 954 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- məlumatda qeyd edilib.

Günay Elşən pensiya təqaüd ƏƏSMN DSMF

Mənbə: apa.az

Xəbər Lenti