Çərşənbə, 15 İyul, 2026
Tarix: 15 Jul 2026 16:53
İyulun 16-da Bakıda və Abşeron yarımadasında, 16-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Balakən, Qax, Zaqatala, Şəki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevirdə isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Günay Elşən Hava proqnoz külək Milli Hidrometerologiya XidmətiMənbə: apa.az