- , 22 Dekabr, 2024
Tarix: 13.05.2024 01:19
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə VII Universiada çərçivəsində Moskvada Mərkəzi Ordu İdman Klubunun (ÇSKA) stadionunda mini-futbol turniri keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, 15 paytaxt universitetinin tələbə və məzunlarından ibarət 20-dən çox komanda ən yaxşı adı uğrunda mübarizə aparıb.
Gərgin keçən matçlarda Rusiya Gömrük Akademiyasının komandası üçüncü, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) komandası ikinci yeri tutub. Moskva Dövlət Tibbi Stomatoloji Universitetinin komandası isə turnirin qalibi olub.
Qeyd edək ki, bu, AMOR-un təşkil etdiyi yeddinci Universiadadır. Universiada çərçivəsində şahmat, dama, stolüstü tennis, voleybol və futbol üzrə turnirlər də təşkil olunub.