Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB

Tarix: 16 Jul 2026 12:00

Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

APA-nın məlumatına görə, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 52 nəfər köçürülüb.

Ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

***

09.32

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 52 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Cəbrayıl Şükürbəyli kəndi köç karvanları
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub - YENİLƏNİB

Mənbə: apa.az

Xəbər Lenti