Cümə, 17 İyul, 2026
Tarix: 17 Jul 2026 10:41
Son günlər Gəncə və Samuxda yas mərasimlərində ardıcıl baş vermiş qida zəhərlənmələrində ümumilikdə 48 nəfər zərərçəkən olub. APA xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova AQTA-nın 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, ortaq istehlak edilən lavaşın zəhərlənmələrə səbəb olduğu müəyyən edilib: “Laborator nəticələr əldə edildikdən sonra dəqiq diaqnoz ictimaiyyətin diqqətinə çatdırılacaq”.
Günay ElşənMənbə: apa.az