"IT SkillSprint" proqramının ilk mərhələsində 120 tələbə iştirak edib

"IT SkillSprint" proqramının ilk mərhələsində 120 tələbə iştirak edib

Tarix: 17 Jul 2026 10:23

"IT SkillSprint" proqramının ilk mərhələsində Azərbaycanın 9 ali təhsil müəssisəsindən 120 tələbə iştirak edib.

“APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, iştirakçılar 4 istiqamət üzrə 6 aylıq intensiv bootcamp proqramını uğurla başa vuraraq müasir texnologiyalar sahəsində praktiki bilik və bacarıqlar əldə ediblər.

Rəşad Həsənov vurğulayıb ki, proqram ali təhsil ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə, gənclərin məşğulluq imkanlarının artırılmasına və işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə xidmət edir:

"Bu layihə dövlət–universitet–özəl sektor əməkdaşlığının uğurlu nümunələrindən biridir. Proqram çərçivəsində dövlət qurumlarının institusional dəstəyi, ali təhsil müəssisələrinin akademik potensialı və beynəlxalq təlim tərəfdaşı Ironhack şirkətinin qlobal təcrübəsi vahid platformada birləşdirilib".

İlahə Səlimova RİNN İRİA Rəşad Həsənov İT

Mənbə: apa.az

Xəbər Lenti